Bazar ertəsi misin qiyməti 1,8% düşüb.
"Fins.az" xəbər verir ki, Çində karantin məhdudiyyətlərinə görə davam edən etiraz aksiyaları metala tələbat proqnozlarına mənfi təsir edir və kotirovkalar düşür.
Comex birjasında mart ayı mis fyuçersləri 1,83% geriləyərək bir funt üçün (təxminən 0,45 kiloqram) 3,564 dollara düşüb.
Cümə günü ticarətin yekunlarına görə, London Metal Birjasında (LME) bir ton misin dəyəri 0,41% azalaraq 8 008 dollar, alüminiumun qiyməti 0,21% azalaraq 2362,5 dollar təşkil edib.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutasından ibarət səbətə nisbətdə məzənnə) 0,33% artaraq 106,31 bənd təşkil edib. Dolların bahalaşması əmtəələrin, o cümlədən misin digər valyutalarda alınmasını çətinləşdirir. Dolların bahalaşması və tələbatla bağlı narahatlıqlar fonunda neft də təxminən 3% ucuzlaşıb.