“Brent” markalı neftin fyuçers müqaviləsinin qiyməti noyabrın 11-dən indiyədək ilk dəfə bir barel üçün 82 dollardan aşağı düşüb.
"Fins.az" bu barədə Londonun ICE birjasının məlumatlarına istinadən xəbər verir.
Belə ki, neftin maya dəyəri 2,86% azalaraq 1 barelə görə 81,25 dollar təşkil edib.
“WTI” neftinin yanvar fyuçerslərinin qiyməti 3,00 % düşüb və 1 bareli 73,9 ABŞ dolları təşkil edib.