BİRJA

25 Noyabr

Qana nefti dollar əvəzinə qızılla alacaq

Qərbi Afrika ölkəsi Qana valyuta bahalaşmasının yaratdığı inflyasiyanın qarşısını almaq üçün neft məhsullarını qızılla alacaq.

"Fins.az" xəbər verir ki, Qananın vitse-prezidenti Mahamudu Bawumia Facebook hesabından verdiyi açıqlamada, milli valyuta cedinin dəyər itirməsi və yüksək yaşayış xərclərinə səbəb olması ilə əlaqdar neft alışı üçün yeni siyasət üzərində çalışdıqlarını bildirib.

Neft idxalçılarının valyuta tələbatının onları çətin vəziyyətə saldığını bildirən Bavumia, neftin dollar ilə alınması əvəzinə qızılla dəyişdirilməsinin tədiyyə balansını kökündən dəyişdirəcəyini bildirib.

Bu qərarın Qana müstəqilliyini əldə etdikdən sonra həyata keçirdiyi ən mühüm iqtisadi siyasət dəyişikliyi olduğunu qeyd edən Bawumia, yeni siyasətin 2023-cü ilin birinci rübünün sonunda həyata keçiriləcəyini bildirib.

Sub-Səhra (Sub-Sahara) Afrikasında müstəqillik qazanan ilk ölkə olan Qana qitədə ikinci ən böyük qızıl ehtiyatına sahib ölkədir.