BİRJA

26 Oktyabr

Microsoft-un səhmləri ucuzlaşdı

İT nəhəngi Microsoft Corp-un səhmləri ucuzlaşıb.

"Fins.az" xəbər verir ki, maliyyə hesabatlarının dərcindən sonra şirkətin səhmləri təxminən 7% ucuzlaşıb.

Şirkətin hesabatına görə, 30 sentyabrda başa çatan 2021-2022-ci maliyyə ilinin birinci rübündə şirkətin xalis mənfəəti illik müqayisədə 14% azalaraq 17,556 milyard dollar təşkil edib.

Səhm üzrə mənfəət ötən maliyyə ilinin eyni dövründəki 2,71 ABŞ dolları ilə müqayisədə 2,35 dollar təşkil edib.

Şirkətin cəmi gəliri isə 10,6% artaraq 50,122 milyard dollara çatıb.

Microsoft korporasiyası 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən yaradılıb. Qərargah Redmond, Vaşinqtonda yerləşir. Şirkət proqram təminatının hazırlanması üzrə ixtisaslaşmışdır, xüsusən də Microsoft Windows əməliyyat sisteminin tərtibatçısıdır.