Rusiya baş nazirinin birinci müavini Andrey Belousov Rusiya kömür istehsalçılarının 50-60% endirimlə ixrac etməli olduqlarını, lakin yenə də qazanc əldə etdiklərini bildirib.
"Fins.az" xəbər verir ki, Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov paytaxt Moskvada keçirilən “Made in Russia” adlı tədbirdə çıxışı zamanı Rusiya kömür sənayesindəki çətinliklərlə bağlı açıqlamalar verib.
Rusiyanın ucuz enerji qaynaqları sayəsində böhrandan sakit şəkildə çıxdığını ifadə edən Belousov, “Kömür ixracatında 50-60% endirim tətbiq edirik. Şirkətlərimiz kömürü bazar qiymətinin təxminən yarısına satmağa məcburdur. Amma yenə də qazanc əldə edirlər”, - deyə o bildirib.
Gübrə ixracatçılarının da oxşar vəziyyətlə üzləşdiyini izah edən Belousov, "Məlum olduğu kimi, neftin barrelinə 20-30 dollar endirim tətbiq edilir" deyə bildirib.
Avropa Birliyi sanksiyaların bir hissəsi olaraq avqust ayından Rusiyanın kömür idxalına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.