BİRJA

30 Sentyabr

Bakı Fond Birjasında ticarət saatları uzadıldı

Bakı Fond Birjasının üzvləri və bazar iştirakçılarından daxil olan istəklər, habelə beynəlxalq praktikanı əsas götürərək Bakı Fond Birjasının təşəbbüsü və Azərbaycan Respublikasının Mərkəzi Bankının müsbət münasibətini nəzərə alaraq ticarətin fasiləsizliyini təmin etmək məqsədilə, “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi qaydaları”nın ““Bakı Fond Birjası” QSC-nin Ticarət Reqlamenti”nə (Əlavə №1) əsasən keçirilən digər əməliyyatların (ARMB repo və əks-repo əməliyyatları istisna olmaqla, digər repo əməliyyatlının, səhm və istiqrazlar üzrə isə təkrar bazar əməliyyatlarının) ticarət saatlarını 16:30-a qədər uzadılması, nahar fasiləsini (13:00-14:00) isə ləğv edərək ticarət saatlarına əlavə olunmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, ticarət saatlarına edilmiş dəyişikliklər 03 oktyabr 2022-ci il tarixindən qüvvəyə minəcəkdir.