BİRJA

20 Sentyabr

"Freedom Finance Azerbaijan" şirkətinə böyük məbləğdə kapital qoyulub

"Freedom Finance Azerbaijan" ASC-nin nizamnamə kapitalı 849 min 878 manat artırılıb.

"Fins.az" xəbər verir ki, şirkət hazırda nizamnamə kapitalının miqdarının hər birinin nominal dəyəri 258,40 manat olan 5605 ədəd adi, adlı, sənədsiz səhmlərdən ibarət olmaqla 1 milyon 448 min 332 manat olduğunu açıqlayıb.

"Fins.az" xəbər verir ki, indiyədək "Freedom Finance Azerbaijan ASC-nin nizamnamə kapitalı 598 min 454,40 manat təşkil edirdi.

Qeyd edək ki,15 Fevral 2021-ci il tarixində dövlət qeydiyyatına alınmış "Freedom Finance Azerbaijan ASC-nin direktoru Məmmədov Vüsal Rafayıl oğludur.