BİRJA

20 Sentyabr

Səudiyyə Ərəbistanının gündəlik neft ixracatı son 2 ilin ən yüksək səviyyəsinə çatıb

Səudiyyə Ərəbistanının gündəlik neft ixracı iyulda 2,6 faiz artaraq gündəlik 7,38 milyon barrelə çatıb. 

Joint Organizations Data Initiative (JODI) adlı beynəlxalq məlumat bazasının nəticələrinə görə, Səudiyyə Ərəbistanının gündəlik xam neft ixracı 2022-ci ilin iyul ayında 2,6 faiz artıb. İyun ayında 7,2 milyon barrelə çatan Səudiyyə Ərəbistanının gündəlik neft ixracı iyulda 7,38 milyon barrelə yüksəlib.

Buna görə, Səudiyyə Ərəbistanının ötən iyul ayında gündəlik neft ixracı 2020-ci ilin aprelindən bu yana ən yüksək göstərici olub.

Səudiyyə Ərəbistanı hasilatda ABŞ və Rusiyadan sonra üçüncü olmasına baxmayaraq, dünyanın ən böyük neft ixracatçısı kimi seçilir.