BİRJA

08 Sentyabr

İKZF-nin istiqrazları ilə bağlı hərracın nəticəsi açıqlanıb

Bu gün Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondu ASC–nin 25 milyon manat həcmində, 7200 (7130 qalıq) gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə "Fins.az"-a BFB-dən bildirilib. Məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Hərrac qiyməti 1,006.3194 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği və həcmi 25 milyon manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 17 mart 2042-ci ildir.