BİRJA

06 Sentyabr

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

6 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108024941 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 86.3213 (9.5%) manat və 93.8803 (7.4899%) manat olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.9276 (7.99%) manat, orta ölçülmüş qiyməti 92.8792 (7.7447%) manat müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 milyon 698 min 500 manat, yerləşdirilmiş həcmi isə 10 milyon  manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 31 avqust 2027-ci il.

Hərrac iştirakçıları 7 sentyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.