BİRJA

31 May

"Çelsi" rəsmi olaraq Todd Boelinin başçılıq etdiyi investorların nəzarətinə keçdi

İngiltərənin "Çelsi" futbol klubunun satışa çıxarıldığı elanından təxminən üç ay sonra bu gün klub rəsmi olaraq amerikalı iş adamı Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumunun nəzarətinə keçib.

Bu barədə klubun saytında bildirilib.

"Roman Abramoviç "Çelsi" futbol klubunun və əlaqəli şirkətlərin Todd Boelli və "Clearlake Capital" şirkətinin başçılıq etdiyi bir qrup investora satışını tamamlayıb", - deyə qeyd olunub.