Avropa İttifaqının (Aİ) Rusiyadan neft idxalına embarqo planları qiymətlərin bahalaşmasına səbəb olub.
Fins.az xəbər verir ki, “Brent” markalı neftin avqust müqaviləsində bir barelin qiyməti 46 sent və ya 0,4% artaraq 119,89 ABŞ dolları olub.
WTI markalı neftin iyul müqaviləsində bir barelin dəyəri isə 60 sent və ya 0,5% artaraq 115,67 ABŞ dollarına çatıb.