“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin direktoru Mansur Məmmədov vəzifəsindən azad edilib.
Bununla bağlı qərar maliyyə qurumunun səhmdarlarının mayın 2-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.
Qərara əsasən, "Plato Capital and Co."ya rəhbərlik Tamerlan Bayramlıya həvalə olunub. O, vaxtilə "BTB Kapital İnvestisiya Şirkəti" ASC-də çalışıb.