BİRJA

05 May

"PSG-Kapital İnvestisiya Şirkəti"-nin mənfəəti 30%-dən çox ARTDI

"PSG-Kapital İnvestisiya Şirkəti" QSC 2021-ci ili 1 milyon 711 min manat xalis mənfəət əldə edib ki, bu da 2020-ci ilin xalis mənfəətinə nisbətən 398 min manat və ya 30,3% çoxdur.

"Fins.az" xəbər verir ki,bu barədə "PSG-Kapital İnvestisiya Şirkəti" QSC-nin 2021-ci ilin yekunlarına dair maliyyə hesabatında məlumat verilir. 

Məlumata görə hesabat dövründə "PSG-Kapital İnvestisiya Şirkəti"nin cəmi gəlirləri 2020-ci ilin analoji göstəricilərinə nisbətən (574 min manat və ya 23,9% artaraq 2 milyon 978 min manat təşkil edib.

İnvestisiya şirkətinin cəmi aktivləri 2020-ci ilin müvafiq dövrünə nisbətən 21 milyon 337,723 min manat yaxud 53.3% artaraq 45 milyon 729.983 milyon manat təşkil edib.