BİRJA

06 Aprel

“Forex”də şər və fırıldaq

"Forex" sözü hansı təsəvvürlər yaradır? Düzünü desək, təsəvvürə elə çox şey gəlmir. Amma oxuduğumuz “sarı” və qalmaqallı KİV və saytlar yazırlar: “Forex”də ancaq dələduzlar və fırıldaqçılardır, müştərilərə pul atırlar, qazanc gətirmirlər, müsbət müştəri rəyləri isə pulla alınır və saxtadır. Bu, təkcə ilk üçlükdəki brokerlərə deyil, həm də “Forex Optimum”, “Forex4you”, “Roboforex” və ya “24option” kimi brokerlərə də aiddir. Vətəndaşlarımızı heç nə narahat etmir: hətta öz (!) “YouTube” kanallarındakı real treyderlərin rəyləri belə.

Bir sözlə, bütün bu mətbəx fırıldaqdır... Qiyamət günün sonunun mənzərəsini dəhşətli forex şərinə qarşı mübarizənin təfərrüatları tamamlayır: dövlət aldadılmış müştərilərin şikayətlərinə könülsüz reaksiya verir, mənfi rəylər silinir,  internet və hüquq-mühafizə orqanları belə şirkətlərin sıravi işçiləri ilə heç nə edə bilməirlər. Təbii ki, həqiqəti üzə çıxarmaq mümkün deyil, hətta məhkəmə hansısa höküm  versə belə, itkiləri ödəyəcək heç kim tapılmır - hamı qaçaq düşüb. Ümumiyyətlə, bu “Forex” demək olar ki, qeyri-real, inanılmaz bir bəladır. Yeddi canı olan div kimi.

Əsl həqiqətdə necədir?

Gerçəkdə isə “Forex” bazarı qalmaqallı jurnalistikasının qondarması deyil, real olaraq 70-ci illərdən bu yana fəaliyyət göstərən beynəlxalq bazardır. BÜTÜN dünya ticarəti bunun üzərində qurulub, çünki idxal və ixrac üçün valyuta lazımdır. Siz Koreya istehsalı olan telefonunuzu və Braziliya qəhvənizi manatla  ona görə ala bilirsiniz ki, bundan əvvəl idxalçı onları istehsalçıdan xarici valyutaya alıb. O valyutaya ki, buna qədər onu idxalçının göstərişi ilə böyük bir bank “Forex”-də satın alıb. “Forex” gündə 8-9 trilyon dollar alış-veriş edir. Yəni, 2 gündə - Amerikanın bütün bir illik ÜDM-i qədər.

Yaxşı, əgər bu həqiqətən belədirsə, elə həmən  “Forex”in  reputasiyası niyə belə mənfidir? Məsələ nədədir?

Sadə səbəblər

İş Forexdən deyil. Daha doğrusu insanlardadır. Onların əksəriyyətinin beynəlxalq maliyyə haqqında təsəvvürləri,  sovet dövründə yaşayan valideynlərinin təsəvvürləri ilə  eynidir. Yəni heç bir təsəvvür yoxdur. Orta statistik vətəndaş  “birja” sözünü eşitib, amma hələ də mənzil alıb “sonradan icarəyə verməyi” pulun ən yaxşı sərmayəsi hesab edir. Bəli, bir də banka faizlə pul qoymaq olar.

Əlbəttə, həmvətənlərimin mütləq köhnəfikirliliyindən istifadə edərək, “Forex” mövzusu bütünsəviyyələrdəki fırıldaqçılar tərəfindən istifadə olunur. Baxın, bizimkilər necədir? Uzun bir tarixə və dünyada minlərlə müştəriyə malik normal, məsələn, “Forex Optimum” və ya “RoboForex” kimi şirkətlər,  fırıldaqçıdırlar ya yox,  bunu anlamaq üçün vaxt yoxdur, təcili varlanmaq lazımdır. Belə qarmaqarışıqlıqda  insanlar saxta şirkətlər yaradan, az qala bir çırtmaya ağlasığmaz qazanc əldə edəcəkləri barədə nağıllar uyduran fırıldaqçılara ilişirlər, bu nağıllara inanan insanlardan pul yığırlar və bir müddət sonra bu pullarla birlikdə yoxa çıxırlar.  Qara iş görülüb, bəs günahkar kimdir? Aydın məsələdir ki, Forex!

Beləcə, insanların maliyyə savadsızlığı üzündən tam vicdanlı və dürüst forex şirkətləri əziyyət çəkirlər. Böyük qism insanlarımız  öz qaba təsəvvürləri ilə “Forexə” kazino kimi yanaşırlar. Düşünür, indi valyutanın məzənnəsi ilə oynayıb çoxlu pul qazanacağam. Hə, bu dəqiqə. Və heç bir biliyi olmadan dərhal beynəlxalq bazara soxulurlar. Burada da, təbii ki, səriştəsizlik ucbatından gəlirsiz sövdələşmələr edir və pul itirirlər. Axıkim günahı öz axmaqlığında axtarıb bunu etiraf edir? Burada yenə də hər şeyi “Forex”-in üzərinə yıxırlar.

Dünyanın qalan hissəsində (yəni, inkişaf etməkdə olan ölkələr istisna olmaqla) insanlar  çox gözəl bilirlər ki, “Forex”-də pul qazanmaq olar.  Əlbəttə, ağlasığmaz milyonlar yox, amma daha az. Bəli, risk var, ona görə də onu azaltmaq üçün ağlını itirmək yox, öyrənmək lazımdır. Ümumiyyətlə, pulla ehtiyatla davranmaq və həddini bilmək lazımdır. KİV-dəki kimi əndazəsiz  "sarılıq" və dəhşətlər əlbəttə xeyir gətirməz.

İstinad: klerk.ru