BİRJA

05 Aprel

Çətin vaxtlarda təhlükəsiz maliyyə mühiti yaratmaq üçün hansı addımlar atılmalıdır?

"Fins.az" maliyyəçi-investor Nisə Əsgərlinin çox çətin vaxtlarda təhlükəsizlik mühiti haqqında məqaləsini təqdim edir.

Çətin vaxtlarda təhlükəsiz maliyyə mühiti yaratmaq üçün hansı addımlar atılmalıdır?
Hərbi münaqişələr, pandemiyalar, böhranlar və bu kimi xəbərlər bizi gündən-günə əhatə edir və istər-istəməz özümüzün və ailəmizin rifahı və təhlükəsizliyi üçün narahatçılığa səbəb olur. Daha çox insan maliyyə ekspertlərinə "Mən bizneslə məşğulam, yaxşı pul qazanıram, amma sabah da belə olacağına əmin deyiləm, hər şey çox tez dəyişir" fikirləriylə müraciət edir və birgə stabilliyi qorumaq üçün fərqli maliyyə alətlərini seçirlər.  

Maliyyə təminatı ailənin həyat səviyyəsini hətta gözlənilməz hallarda: biznesdə dəyişikliklər, sağlamlıq problemləri, başqa fəaliyyət sahəsinə keçid və ya ölkədən köçmə zamanı belə rahat səviyyədə saxlamaqdır.⠀⁣Ailənizin təhlükəsiz olduğuna dair bir hiss sizə daha inamla yeni sövdələşmələrə girməyə, risk götürməyə, yeni şeylər sınamağa və gəlir gətirən, lakin artıq çox yorucu olan bir işlərdən yapışmamağa imkan verir. ⠀    

Buna görə də müasir müdafiəçilərin mühüm bacarıqları artıq əllərində avtomat tutmaq bacarığı ilə deyil, qeyd olunan faktorlarla göstərir: ⁣⁣⠀    

Təhlükəzlik yastığını formalaşdırmaq və ekstremal hallar olmadan bu vəsaitlərə əl atmamaq və istifadə edildikdə onu dərhal qaytarmaq; ⠀    

Müvəqqəti əlillik vəziyyətində maddi cəhətdən asılı olan insanların qayğısına qalmaq üçün həyat və sağlamlıq sığortası etmək; ⠀    

Ailə xərcləri həcmində passiv gəlir yaratmağa imkan verən kapital qurmağa başlamaq.   

Bunları zamanında etməyə başlasanız, ən çətin zamanlar da belə özünüzə və ailənizə təhlükəsizlik hissi yaratmış olacaqsınız.