BİRJA

05 Aprel

ABŞ rəsmisindən kriptovalyutanın tənzimlənməsi ilə bağlı xəbərdarlıq

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Qari Gensler öz çıxışında bildirib ki, kriptovalyutaların çoxu bir qrup və sahibkarlar tərəfindən mənfəət əldə etmək üçün ictimaiyyətdən vəsait cəlb edir və bazarda tokenlərin böyük əksəriyyəti rəqəmsal aktivlərdir. "Fins.az"xəbər verri ki, Bütün bu proseslər SEC tərəfindən tənzimlənməlidir.
Pensilvaniya Universitetinin hüquq fakültəsinin Kapital Bazarları Assosiasiyasının İllik Konfransındakı çıxışında SEC sədri Gensler izah etdi ki, tokenlərin böyük əksəriyyəti SEC tərəfindən tənzimlənməli olan rəqəmsal aktivlərdir.

Kriptovalyutaların əksəriyyətinin bir qrup və sahibkarların mənfəət gözləməsi ilə xalqdan pul topladığını bildirən Gensler, Bitcoin-ə toxunaraq Bitcoin-in bir əmtəə kimi tənzimlənməsi lazım olduğunu qüyd edib.

Gensler həmçinin Binance, Coinbase və Kraken kimi kriptovalyuta birjalarına daha çox nəzarət etmək niyyətlərini təkrar açıqlayıb. Gensler, SEC işçilərinə platformaları qeydiyyatdan keçirməyi və onları mübadilə kimi tənzimləməyi əmr etdiyini əlavə edib. 

Beş ən böyük rəqəmsal aktiv platformasının bütün kriptovalyuta ticarət fəaliyyətlərinin 99 faizini təşkil etdiyini qeyd edən Gensler, əsas kriptovalyutaların qeydiyyatının kripto aktivlərinin ABŞ qanunlarına uyğunlaşdırılmasında ilk addım olacağını vurğulayıb.