BİRJA

04 Aprel

Azərbaycanda 153 investora 59,3 mln manatlıq kupon ödənişi

2022-ci ilin mart ayı ərzində Milli Depozit Mərkəzi tərəfindən 153 investora 59,3 mln AZN və 21,9 mln ABŞ dolları həcmində kupon ödənişləri həyata keçiriib.

"Fins.az "xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi məılumat yayımlayıb. 

Məlumata görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Paşa Yatırım Bankası, Azergold QSC, BOKT Embafinance QSC, BOKT TBC Kredit MMC, Ferrum Kapital MMC, Unibank ASC-nin istiqrazları üzrə 153 investora 59,3 mln AZN və 21,9 mln ABŞ dolları həcmində kupon ödənişləri həyata keçirilib.