Rusiya qazına Avropada hələ də ehtiyyac olacaq.
"Fins.az" xəbər verir ki, bunu "Freedom Finance Azerbaijan" MMC-nin direktoru Vüsal Məmmədov dünyada qaza yaranan tələbin qiymətlərə təsirinə münasibət bildirərkən deyib.
O bildirib ki, ABŞ-ın qaz ehtiyyatları 2020-ci ilin aprel ayından ehtibarən minimumdadır. Sözügedən vəziyyətin yaranması əsasən Avropaya qaz nəqli ilə əlaqədardır. Bu isə göstərir ki, 2025-ci ilə qədər Rusiya qazına Avropada hələ də ehtiyyac olacaqdır.
ABŞ-ın qaz ixracına da toxunan Vüsal Məmmədov qeyd edib ki, ABŞ tam həcmdə ixracı dəstəkləyə bilməyəcək. Ona görə ki, daxili tələbatı ödəməkdə çətinlik çəkəcək. Goldman Sachs Group analitikləri qazın qiymətinin bu bu yaya 4,50 ABŞ dolları, qışda isə 5,15 ABŞ dolları olacağını proqnazlaşdırırlar.
Mütəxəsis fikirlərinin davamında ABŞ-ın qaza olan tələbatın ödənilməsi üçün qaz ixtacını lazımi səviyyədə ödəməsi perspektivini də də dəyərləndirərək "Ancaq 2025- ci ildə ABŞ yeni qaz yataqları hesabına daxili tələbatı ödəyərək eksporta rahatlıqla qaz göndərə biləcək,"-deyə əlavə edib.