BİRJA

04 Aprel

Bakı Fond Birjasının korporativ qiymətli kağızlar üzrə ticarət həcmi 67% ARTIB

Bakı Fond Birjasında 01.01.2022-31.03.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5,101,621,202 manat təşkil edib.

"Fins.az"xəbər verir ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 67%,repo əməliyyatları üzrə 103%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 294%, ümumi ticarət həcmində isə 20% böyümə qeydə alınmışdır.

2022-ci ilin mart ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,080,241,040  manat təşkil edib.