BİRJA

04 Aprel

İngiltərənin nikel bazarındakı qarışıqlıq araşdırılır

Britaniya tənzimləyiciləri keçən ay London Metal Birjasındakı (LMB) qarışıqlığı araşdıracaqlar. "Fina.az"xəbər verir ki, nikel qiymətlərindəki artımlara görə, ötən həftələrdə LMB-də əməliyyatlar dayandırılıb.
London Metal Birjasında nikel bazarında həftələrdir davam edən qarışıqlıq İngiltərə Maliyyə Davranış Təşkilatı (FCA) və İngiltərə Bankı tərəfindən araşdırılacaq.

Qeyd edək ki, London Metal Birjasında nikel qiymətləri 8 Martda həyata keçirilən əməliyyatlarda bir neçə saat ərzində yüzdə 50-dən çox artaraq ton başına 100 min dollar səviyyəsini keçib və əməliyyatlar dayandırılıb. İngiltərə Maliyyə Davranış Təşkilatı  və Mərkəzi Bankın nikel bazarındakı prosesi nəzərdən keçirəcəyi bildirilib.

"İngiltərə Maliyyə Davranış Təşkilatı  LMB-nin bu prosesə yanaşması və LMB-nin bu prosesi necə idarə etməsi kimi məsələlərə diqqət yetirəcək",deyə bəyanatda deyilir.