BİRJA

01 Aprel

Azərbaycanda bu investisiya şirkətinin rəhbəri dəyişir

02 may 2022-ci il tarixdə “PLATO CAPİTAL AND CO. İNVESTİSİYA ŞİRKƏTİ” ASC-nin Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

"Fins.az" xəbər verir ki, iclasda Səhmdar Cəmiyyətinin Direktorunun dəyişdirilməsi. müzakirə olunacaq. 

Növbədənkənar Ümumi Yığıncaq Bakı şəhəri, AZ1065, İzmir küçəsi 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Tauer 2, 6-cı mərtəbə ünvanında keçiriləcək.

Qeyd edək ki, “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin nizamnamə kapitalının 99%-i "Plato Capital İnternational Holding Limited İnvestisiya Şirkəti"nə (Böyük Britaniya) və 1%-i "Fubies BİA İnvestments Limited İnvestisiya Şirkəti"nə (Birləşmiş Ərəb Əmirlikləri) məxsusdur. 816 min manat nizamnamə kapitalı olan Şirkətin qanuni təmsilçisi Mansur Məmmədovdur.