BİRJA

01 Aprel

ABŞ-ın birja indekslərində 4-9% arası eniş

Nyu-York Fond Birjasında ticarət cümə axşamı əsas indekslərdə 1,5% eniю ilə bağlanıb, Bütövlükdə birinci rübün sonu ABŞ-ın əsas indeksləri üçün 2020-ci ildən bəri ən pis göstəricilərin müşahidə edildiyi dövr olub.

"Fins.az"xəbər verir ki,bunu ticarət platformasının saytında yerləşdirilən məlumatlarda əks olunub. 

Dow Jones sənaye indeksi cümə axşamı 550,46 bənd (1,56%) azalaraq 34 678,35 bənd olub. SP 500 indeksi 72,04 bənd (1,57%) itirərək 4 530,41-ə düşüb. Nasdaq elektron birja indeksi 221,76 bənd (1,54%) azalaraq 14 220,52 bənd təşkil edib.

Üç ayda Dow Jones 5,2%, SP 500 - 4,7%, Nasdaq isə təxminən 9% dəyər itirib. Sonuncu dəfə ilin ilk üç ayında belə ciddi eniş 2020-ci ildə, pandemiyanın ən qızğın vaxtında müşahidə olunub.

Ekspertlərin fikrincə, investorlar hazırda riskli səhmlərə investisiya etməməyi seçirlər və bir çox şirkətlər IPO (səhmlərin ilkin kütləvi təklifi) prosesi ilə bağlı planlarını təxirə salırlar. "Rübün ikinci yarısında geosiyasi gərginliklərdən və digər iqtisadi narahatlıqlardan yaranan bazar şoku volatillik yaratdı və səhm bazarlarına təsir etdi. IPO fəaliyyətinin yavaşlamağa davam etməsi riski var", - Ernst Young-ın IPO üzrə aparıcı mütəxəssisi Pol Qou bildirib. Bu barədə CNN məlumat yayımlayıb.

WTI markalı xam neftin may fyuçerslərinin dəyəri bir barel üçün 6,67 dollar (6,19%) azalaraq 101,15 dollar olub. Azalma Vaşinqtonun bazara gündəlik 1 milyon barel neft tədarükünü təmin etmək üçün özünün strateji milli ehtiyatının bütün dörd anbarından neftdən istifadə etmək qərarı fonunda baş verib.