BİRJA

31 Mart

Nyu-York birjasında qızıl ucuzlaşıb

Bir gün öncə 1%-lik bahalaşmadan sonra qızıl korreksiya çərçivəsində ucuzlaşıb.

Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,64%, yaxud 12,3 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 921,2 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,58% düşərək, 1 unsiyası 24,712 ABŞ dolları təşkil edib.

Ukrayna ətrafında gərginliyin saxlanıldığı bir zamanda qızılın 1 unsiyasının qiyməti 1 900 ABŞ dollarından yuxarı qalmaqda davam edir. Analitiklərin fikrincə, qızıl geosiyasi gərginlik zamanı əla hec-fond olmaqla yanaşı, həm də inflyasiyadan və ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) siyasətindəki mümkün səhvlərdən müdafiəni təmin edir.