BİRJA

05 Mart

Yevlax şəhərinə \"İnvestisiya səyahəti\"

4 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Bakı Fond Birjasının üzvləri olan investisiya şirkətlərinin iştirakı ilə Yevlax şəhərində "İnvestisiya səyahəti" tədbiri təşkil olunub.

"Fins.az"xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayımlayıb. 

Məlumata görə,bu sayca üçüncü belə tədbirdir, birinci "İnvestisiya Səyahəti" tədbiri 20 oktyabr 2021-ci il tarixində Xaçmaz şəhərində, daha sonra isə 3 dekabr 2021-ci il tarixində Lənkəran şəhərində  keçirilib. Artıq mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin əsas məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.