Yandex, istiqraz sahiblərinin 1,25 milyard dollarlıq istiqrazların geri alınmasını tələb etmək hüququndan istifadə etsələr, defolt riski barədə xəbərdarlıq edib.
"Fins.az"xəbər verir ki,ödəmə müddəti 2025-ci ilə qədər olan istiqrazların sahibləri, şirkətin səhmlərinin ticarəti beş ticarət günündən çox müddətə dayandırılarsa, bu hüquqdan istifadə edə bilər.
“Ödəmə müddəti 2025-ci ilə qədər olan 0,75%-lik konvertasiya edilə bilən istiqrazlarımızın şərtlərinə əsasən, Nasdaq-da A sinifli səhmlərimizin ticarəti beş ticarət günündən artıq dayandırılarsa, bu istiqrazların sahibləri bizdən istiqrazları nominal qiymətlə geri almağı tələb etmək hüququna malikdirlər.Hazırda Yandex qrupunun bütövlükdə istiqrazları tam ödəmək üçün kifayət qədər resursu yoxdur”, -deyə şirkətin bəyanatında deyilir. Yandex açıqlamada həmçinin qeyd edib ki, Hollandiyanın əsas şirkətinin Rusiyadakı törəmə şirkətlərindən əlavə vəsaitlər paylana bilməsə, qrup istiqrazların böyük hissəsini geri almaq üçün kifayət qədər resurslara malik olmayacaq.
Qeyd edək ki,bazar ertəsi, 28 fevral 2022-ci il, Rusiya Federasiyası Mərkəzi Bankı Moskva Birjasında ticarətin dayandırıldığını elan etdi. Bundan əlavə, Nasdaq və Nyu-York Fond Birjası Rusiyada əhəmiyyətli sərmayəsi olan bir sıra şirkətlərin, o cümlədən Yandex-in qiymətli kağızlarının ticarətini dayandırıb,