Avropada qaz fyuçerslərinin dəyəri yenidən yüksəlib.
"Fins.az"xəbər verir ki, Avropanın ən böyük qaz tədarükçüsü olan Rusiyadan tədarükün kəsiləcəyi ilə bağlı narahatlıqlar səbəbindən təbii qazın qiyməti qalxır.
Bu həftə bazarlarda ciddi volatillik müşahidə olunub. Rusiya Ukraynanı işğal etməzdən əvvəl də qiymətlər yüksək idi. İşğaldan sonra Moskvanı hədəf alan sanksiyalar qiymətlərdə kəskin dəyişkənliyə səbəb olub.
Amsterdamda qaz fyuçerslərinin dəyəri 4,5 faiz artaraq meqavat/saat üçün 167 995 avroya çatıb. Dünən rekord bahalaşmadan sonra qiymətlər 2,9% aşağı düşüb.