Coinbase CEO-su Brayan Armstronq rublun kəskin enişindən sonra bildirib ki, şirkət hələlik bütün rus istifadəçilərinə girişi qadağan etməyəcək, lakin bu istiqamətdə sanksiya qərarı alınarsa, onlar buna əməl edəcəklər.
"Fins.az"xəbər verir ki, bu barədə Armstronq Twitter hesabında məlumat yayımlayıb.Məlumata görə, bütün qanunlara tabe olan maliyyə qurumları kimi Coinbase də sanksiyaya məruz qalan şəxslərə və ya qurumlara aid ola biləcək hesabları qadağan edəcək, lakin ehtiyat tədbiri olaraq bütün Rusiya hesablarını qadağan etməyəcək.
Armstronq “Rusiya valyutasının enişindən sonra kriptovalyutalar bəzi adi Rusiya vətəndaşlarının dolanışıq vasitəsinə çevrilib.Çoxları öz ölkələrinin hərəkətlərinə qarşı çıxır və belə bir qadağa onlara da zərər verər,"-deyə qeyd edib.