BİRJA

28 Fevral

Asiyada kömür rekord həddə bahaşladı

Asiyada kömür qiymətləri İndoneziyanın yanvar ayında ixracı dayandırmaq qərarı və Rusiyanın Ukraynaya müdaxiləsindən sonra sanksiyalarla bağlı narahatlıqlar fonunda rekord qırıb.
"Fins.az"xəbər verir ki,qlobal bazarın əsas ixracatçı ölkələrindən biri olan Rusiyada potensial təchizat problemləri ilə bağlı narahatlıqlar səbəbindən Asiyada kömür qiymətləri rekord həddə qalxıb.

IHS Markit və Argus-un həftəlik indeksinə əsasən, premium termik kömür bir ton üçün 14,85 dollar artaraq 262,71 dollara çatıb. Bu göstərici yanvar ayında müşahidə edilən ən  yüksək səviyyədir.