BİRJA

28 Fevral

Bu gün Rusiya fond bazarında heç bir səhm alınmayacaq

Rusiya Mərkəzi Bankı həftə sonu gələn sərt iqtisadi sanksiyalara qarşı qeyri-adi addımlar atmağa davam edir.

"Fins.az"xəbər verir ki, bankdan bildirilib ki, bu gün Moskva birjasında səhmlərin ticarəti olmayacaq.

Bank bu gün 10,50 bənd artımla siyasət faizini 20%-ə qaldırmışdı.

Səhər saatlarında Rusiya Mərkəzi Bankı xarici hüquqi və fiziki şəxslərin Rusiya qiymətli kağızlarını satmasının qarşısını almaq üçün vasitəçi qurumlara göstəriş verdiyini açıqlayıb.

Mərkəzi Bankdan verilən açıqlamada valyuta və pul bazarlarından başqa bazarların açılıb-açılmaması ilə bağlı hələlik qərarın verilmədiyi bildirilib.