BİRJA

24 Fevral

“F.S” ASC -yə yeni müşahidə şurası seçiləcək və dividendlər bölüşdürüləcək

8 aprel 2022-ci il saat 14.00-da “F.S” ASC səhmdarlarının növbəti ümu­mi yığıncağı keçiriləcək.
"Fins.az"xəbər verir ki,bu barədə ASC-nin elanında məlumat verilir.
Məlumata görə,ümumi yığıncagın gündəliyinə cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi,cəmiyyətin icra orqanının rəhbərinin seçilməsi,müşahidə şurasının seçilməsi,maliyyə-təftiş müfəttişinin seçilməsi,cəmiyyətin 2018-2021-ci illər üzrə maliyyə hesabatlarının və illik maliyyə balansının təsdiq edilməsi,dividendlərin bölüşdürülməsi daxil edilib.