BİRJA

24 Fevral

Moskva birjasında səhər sessiyası ləğv edilib

Rusiya fond bazarı və rublun dəyər itirməsindən sonra Moskva Birjası 25 fevral 2022-ci il səhər sessiyasının ləğv edildiyini açıqlayıb.
"Fins.az"xəbər verir ki, Moskva Birjasından verilən açıqlamada bazarlarda ciddi dalğalanmaların olduğu bildirilib.

"Təcrübə göstərir ki, tələsik əməliyyatlar investisiyalar üçün mənfi nəticələrə səbəb ola bilər", -deyə qeyd edilən açıqlamada investorlara emosional reaksiya verməmək tövsiyə edilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Moskva birjasında sabahkı səhər sessiyası ləğv edilib.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra Moskva birjası dəyərinin 33 %-indən çoxunu itirərək 2058 bəndədək ucuzlaşıb.