Rusiyanın Ukrayna əməliyyatından sonra alüminium qiymətləri 2008-ci ildə müşahidə edilən pik həddi aşaraq yeni rekord səviyyəyə çatıb.
"Fins.az"xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı əməliyyatı əmtəə birjalarına da təsirsiz ötüşməyib.
Məlumata görə, alüminium qiymətləri London birjasında 2008-ci ilin zirvəsini keçərək rekord qırıb. London Metal Birjasında 3 aylıq alüminium müqavilələri 1 ton üçün 3388 dollar olub.
Eyni zamanda dünyanın aparıcı alüminium istehsalçılarından biri olan "Rusal"ın səhmləri kəskin ucuzlaşıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiklərini açıqlayıb. Putin təlim qərarının bölgəni “qorumaq” üçün verildiyini bildirib. Bölgədəki Ukrayna qüvvələrini “silahlarını yerə qoyub vətənə qayıtmağa” çağıran Putin Ukraynanı işğal etmək fikrində olmadığını bildirib. Putin əlavə edib ki, Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək.