ABŞ fond indeksləri 2% -ə qədər ucuzlaşıb və investorlar "risk off" mövqeyinə keçməyə başlayıb
Bunu "Freedom Finance Azerbaijan"-ın direktoru Vüsal Məmmədov Fins.az-a açıqlamasında deyib
O bildirib ki,dünən ABŞ maliyyə naziri Janet Yelen və FES sədri Cerom Povel Senatın bank komitəsi üzvlərini niyə borc həddini artırılmasının vacib olduğuna inandırmağa çalışırdılar. Demokratlar və respublikaçılar arasında yaranan anlaşılmazlıq səbəbindən məsələ hələ də uzanır və Yelen 18 oktyabra qədər bu məsələ həll olunmazsa dövlət ştatları vəsaitlə təmin edə bilməyəcəklərini və bu iflasa gətirib çıxara biləcəyini vurğulayıb. Bu fonda ABŞ fond indeksləri 2% -ə qədər ucuzlaşıb və investorlar "risk off" mövqeyinə keçməyə başlayıb. Bu əslində bir o qədər də qorxulu vəziyyət deyil. İllərdir bu borc həddi müzakirə olunur və artırılır. Əksinə bu təsdiqlənəcəyi halda fond indeksləri yenidən maksimumları görəcək. Sadəcə sual yaranır bu artırılan borc həddi nəyin hesabına artırılacaq.
Vüsal Məmmədov bütün planlaşdırılanların əksinin baş verəcəyi təqdirdə də yaranacaq vəziyyətə aydınlıq gətirərək "Əks bir ssenari olarsa əlbəttə bu nəinki ABŞ, dünya iqtisadiyyatına da ciddi təsir göstərəcək. Burada daha bir fərqli situatsiya var. Bəzi ştatlar pandemiya vaxtı onlara ayrılan vəsaiti hələ də xərcləməyib və bu vəsait xərcləndiyi anda fond bazarında canlanma başlayacaq. Ona görə vəsait çatışmamazlığı məsələsi sadəcə müəyyən çaşqınlıq yaratsa da qısa müddət sonra təsirini itirəcək."-dey qeyd edib.
Mütəxəssis eyni zamanda fond bazarlarındakı enişlərin investorların qərarlarına necə təsir etdiyinə də toxunaraq "Təcrübəli investorlar və böyük fondlar bu enişlərdən öz xeyrilərinə istifadə edərək yenidən alış mövqelərini gücləndirirlər.Fond indeks fyuçersləri günə artıq artımla başlayıblar. ABŞ - ın yenidən infrastruk proqramları vasitəsilə iqtisadiyyata trillion dollarlar həcmində valyuta axını olacaq və bu yeni canlanma yaradacaq. Əsas investorları qorxuya salan məsələ enerji böhranı və qiymətlərin belə sürətlə artımıdır. Bu artım hər an əksinə sürətli enişə də çevrilə bilər."deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva