BİRJA

27 Sentyabr

Vüsal Məmmədov: ETF - lər yeni başlayan investorlar üçün daha uyğun alətdir

ETF - lər yeni başlayan investorlar üçün daha uyğun alətdir.

Bunu "Freedom Finance Azerbaijan"-ın direktoru Vüsal Məmmədov Fins.az-a açıqlamasında deyib 

O bildirib ki, ETF (exchange trade funds) payları birjada ticarət olunan fonddur. ETF-lər professional portfel idarəçiləri tərəfindən hazırlanan strategiyaya uyğun fromalaşan fondlardır. Yüksək likvidlik və diversifikasiyası ilə seçilən ETF - lər yeni başlayan investorlar üçün daha uyğun alətdir. İdarəetmə xərci aşağıdır, minimum giriş məbləği yoxdur və vergidən azaddır. Bununla yanaşı gəlirliyinə əsasən də cəlbedicidirlər. Əgər hər hansı bir investor hansı səhmləri alsın və portfelini təhlükəsiz formalaşdırsın və daha sonra idarə etsin onlara ETF - lər daha uyğundur.

Vüsal Məmmədov dünya fond bazarlarında mövcud olan ETF-lər barədədə məlumat verərək "ABŞ fond bazarında 2200-dən çox ETF vardır. Bunlar gəlirliyi, sektora və qiymətinə görə fərqlənirlər. Onların idarəetməsində 5.45 trillion dollar vəsait vardır. Ən məhşur ETF isə SPDR SP500 ETF-dir. İdarəetmədə olan aktivlərinin həcmi 396 milyard dollardır. Ən məhşur ETF- ləri bazarda ticarət olunan Blackrock və Vanguard şirkətləridir.-deyə vurğulayıb. 

Mütəxəssis bunlarla yanaşı birjada xüsusislə aktivliyi ilə seçilən digər şirkətləri də sadalayaraq " ARK İnvestment şirkətinin fondları- ARK Innovation ETF və Autonomous Technology Robotics ETF- ləridir. Şirkətin idarəçisi son dövrlərin trend investisiya mütəxəssisi olan KAti Vuddur "-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva