BİRJA

26 Sentyabr

Çinin ən böyük kriptovalyutası yeni qeydiyyatı dayandırıb

Ölkənin ən böyük kriptovalyuta birjası olan Huobi, Çin Xalq Bankı kriptovalyuta ilə əlaqəli bütün əməliyyatları qanunsuz elan etdikdən sonra yeni qeydiyyatı dayandırmağa qərar verib.
Fins.az xəbər verir ki,kriptovalyuta bazarlarında Çindən gələn qadağa qərarının əks -sədası davam edir.

Huobi, Çinli istifadəçilərin mobil telefon nömrələri ilə birjaya yazılmasının qarşısını alıb.

Beləliklə, Çindən qadağanın təsirli olduğuna dair ilk qərar qəbul edilib.

Çin bütün kriptovalyuta əməliyyatlarını "qanunsuz" elan edərək kriptovalyuta ticarətinə təzyiqi artırdı.

Çin Xalq Bankı və İctimai Təhlükəsizlik Nazirliyi də daxil olmaqla 10 ictimai qurumun birgə açıqlamasında, vətəndaşları kriptovalyutalarla bağlı risklərdən qorumağın "sərt" olacağı vurğulanıb.

Açıqlamada, dövlət qurumlarının kriptovalyutalarla bağlı "spekulyasiyanı" aradan qaldırmaq üçün yaxından çalışacaqları və ölkədə qanunsuz maliyyələşdirmə və çirkli pulların yuyulması kimi cinayətkar fəaliyyətlərin dayandırılması lazım olduğu ifadə edilib.

Müəllif:Aynur Qəniyeva