BİRJA

24 Sentyabr

Neft rekord həddə bahalaşdı-son 3 ilin ən yüksək qiyməti

Brent neftinin qiyməti son üç illin ən yüksək səviyyəsinə  yüksəlib. 

Fins.az xəbər verir ki, brent markalı neftin qiyməti cümə axşamı 2018-ci ilin oktyabr ayından bu yana ən yüksək həddə çataraq 40 sent və ya 0,5% artıb və bir barel üçün 77,65 dollar olub.

ABŞ nefti 27 sent və ya 0,4% bahalaşaraq 73,57 təşkil edib ki, bu da avqustun əvvəlindən bu yana ən yüksək qiymət göstəricisidir.

Müəllif:Aynur Qəniyeva