BİRJA

23 Sentyabr

Qısa zamanda birjada investorlar özü əməliyyat edə biləcək-RƏSMİ

Qısa zamanda ya birja platforması ya da investisiya şirkətlərinə aid olan platformada investorlar özü əməliyyat edə biləcək.

Fins.az xəbər verir ki, bunu Bakı Fond Birjasının sədr əvəzi Eldar Abdullayev deyib. 

O bildirib ki, bu sistem bir il ərzindətətbiq ediləcək. Hazırda bu sistem test edilir. Biz tam əmin olmalıyıq ki, investisiya şirkətlərinin əlavə etdiyi platformada heç bir problem yoxdur və müştəri heç bir vəsait itirməyəcək. Bundan sonra artıq platforma investorların qoşulmasına hazır olacaq.

Müəllif: Aynur Qəniyeva