BİRJA

23 Sentyabr

İlk dəfə olaraq insanlar imza ilə təsdiq etmədən bu istiqrazları alacaq-RƏHBƏRDƏN AÇIQLAMA

Digər təşkilatların da istiqraz buraxması üzərində işləyirik

Fins.az xəbər verir ki, bunu "AzFinance İnvestisiya şirkəti"-nin direktoru İntiqam Səfərəliyev deyib.

O "İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na edilmiş dəyişikliklərə toxunaraq bildirib ki, Mərkəzi Bank tərəfindən yeni qaydalar təstiqlənib. İlk dəfə olaraq insanlar imza ilə təsdiq etmədən bu istiqrazları alacaq. Onlayn formada müqavilə bağlayıb korporativ istiqrazları alacaq. Artıq belə bir müştərimiz var.

İntiqam Səfərəliyev yeni qaydalara əsasən investorun onlayn şəkildə istiqraz almasının mümün olacağını vurğulayaraq "Bu proses artıq onlayn formata keçəcək. İnsanlar sadəcə vəsaitlərini təqdim etməklə heç bir orqana getmədən qısa müddətdə öz istiqrazlarını ala bilək.Digər istiqraz emissiyalarında biz bu prosesi təbliğ edəcəyik."-deyib.  

Müəllif: Aynur Qəniyeva