BİRJA

23 Sentyabr

AzFinance-ın anderrayteri olduğu istiqrazlar Bakı Fond Birjasında yerləşdirilib

Bakı Fond birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin və “TBC Kredit” BOKT MMC-nin  iştirakı ilə “Açılış zəngi” mərasimi keçirilib

Bu barədə Fins.az-a Bakı Fond Birjasından məlumat verilib.

“TBC Kredit” BOKT 3 milyon manat məbləğində istiqraz buraxıb.İstiqrazların yerləşdirilməsinin anderrayteri “AzFinance” investisiya şirkətidir.Qiymətli kağızların tədavül müddəti 2 il, illik gəlirlilik 12% təşkil edir.Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 3 min ədəd istiqraza bölünüb.

“TBC Kredit” istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri kredit portfelinin genişləndirilməsinə yönəltməyi planlaşdırır.

Qeyd edək ki, “TBC Kredit” Gürcüstanın “TBC Bank”ının törəmə strukturudur. BOKT-un nizamnamə kapitalı $10 milyon təşkil edir, 30 iyun 2021-ci il tarixinə aktivləri 13,9 milyon manata, kredit portfeli 10,37 milyon manata bərabərdir

Müəllif:Aynur Qəniyeva