BİRJA

21 Sentyabr

Bitkoində rekord UCUZLAŞMA

Qlobal bazarlarda risk iştahı azaldıqca və investorlar etibarlı aktivlər əldə etdikcə Bitcoin 40.000 dollara düşdükdən sonra 42.000 dollar ətrafında ticarət edilir.
Kriptovalyutalar, Çinin Evergrande borc böhranının bütün maliyyə sisteminə təsir edəcəyi və qlobal risk iştahının azalacağı narahatlığı fonunda itkilərini davam etdirib. Bitcoin Asiyanın ticarət əməliyyatlarında  7.6 enərək 40.237 dollara düşdü və bu, avqustun əvvəlindən bu yana ən aşağı səviyyəyə çatdı. Ethereum yenidən 3000 dollardan aşağı enib. 

Sərmayəçilər, Evergrande borc böhranı və Fed toplantısından yaranan risklərə diqqət yetirərkən, bazarlardakı narahatlıqlar kriptovalyutalarda da əks olunub. SP 500 İndeksi, Bazar ertəsi günü 2.9% itirib ki, bu da 2020 -ci ilin oktyabrından bəri ən böyük enişdir. Asiya Sakit Okean bölgəsindəki səhmlər, investorlar Evergrande böhranı ilə bağlı xəbərləri izləməyə davam etdikləri üçün çərşənbə axşamı ticarətində də enib. 

Müəllif: Aynur Qəniyeva