BİRJA

14 Sentyabr

Litecoin rəhbərindən saxta xəbər AÇIQLAMASI

Litecoin Fondunun icraçı direktoru Charlie Lee, pərakəndə satış nəhəngi Walmartın Litecoin ilə müqavilə imzaladığı xəbərini təkzib etdi.

Fins.az xəbər verir ki,o şirkətin ortaqlığı ilə bağlı yalan məlumatı "yenidən tvitləndikdən" sonra çox çətin vəziyyətə düşdüklərini qeyd edib. 

"Saxta xəbərlər yazmamaq üçün əlimizdən gələni edirik və bu dəfə çox çətin vəziyyətdəyik" deyə qeyd edib Litecoin -in yaradıcısı Lee, Bloomberg -ə. Biuldirib ki, bunun bizimlə əlaqəli olduğunu inkar edirəm və bunu kimin etdiyini öyrənmək və saxta xəbərlərin yayılmasını dayandırmaq üçün əlimizdən gələni edəcəyik.

Walmart Inc. və GlobeNewswire, bazar ertəsi səhər Walmart -ın Litecoin ilə müqavilə bağladığı barədə uydurma elanı araşdırır. Tezliklə elanın yalan olduğu ortaya çıxdı, ancaq qısa müddətdə Litecoin və digər kriptovalyutaların sürətlə artmasına səbəb oldu.

Qeyd edək ki, Litecoin Fondu həmyaşıdları ilə token və açıq mənbə proqram təminatı layihələrinin inkişafına yönəlmiş, Lee-nin rəhbərlik etdiyi kommersiya təşkilatıdır.

Müəllif:Aynur Qəniyeva