BİRJA

14 Sentyabr

Hindistan hökümətindən kriptovalyuta ticarəti ilə bağlı YENİ QƏRAR

Hindistan hökuməti bir müddətdir ölkədə kifayət qədər geniş yayılmış və populyarlığı gündən -günə artan kriptovalyuta ticarətinə və ekosisteminə vergi tətbiq etmək istəyir.

Fins.az xəbər verir ki,ölkənin milli vergi idarəsi kriptovalyutalar və ticarətə vergi verməyi planlaşdırsa da, hökumət gəlir gətirən hər hansı bir fəaliyyətin vergi ödəməli olduğunu düşünür. Nazirlər Kabineti, kriptovalyutalar haqqında qanun layihəsinə hazırlıqlara başlayıb. 

Hindistanın İqtisadiyyat naziri Nirmala Sitharaman, kriptovalyuta ilə bağlı mövqeyinə aydınlıq gətirərək, hökumətin bütün variantları bağlamadığı halda, insanların blockchain, bitcoin və kriptovalyutalarla təcrübə aparması üçün lazımi icazələrin veriləcəyini bildirib. 

Müəllif:Aynur Qəniyeva