BİRJA

10 Sentyabr

Bakı Fond Birjası Dünya Birjaları Federasiyasının illik onlayn  görüşündə iştirak edib

Bakı Fond Birjası Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasının  (World Federation of Exchanges ) üzvləri və tərəfdaşları ilə (Annual Meeting Virtual) illik keçirilən onlayn görüşlərdə iştirak edir.

Fins.az xəbər verir ki, 6-9 sentyabr tarixlərini əhatə edən 7-ci virtual görüşdə birjalar arası bilik mübadiləsi, Federasiya daxil olan birjalar və tərəfdaşlar arasında müzakirələr həyata keçirilmişdir.

Qeyd edək ki, Bakı Fond Birjası 15.01.2020-ci il tarixindən etibarən Dünya Birjaları Federasiyasında tərəfdaş birja statusunu əldə edib. Bununla da Bakı Fond Birjası regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birjadır.

Müəllif:Aynur Qəniyeva