BİRJA

08 Sentyabr

Bitcoin rekord həddə ucuzlaşdı-SON QİYMƏT

“Bitcoin” axşam saatlarındakı satışdan sonra 17 faiz ucuzlaşaraq, 43 min dollara düşüb.

“Fins.az ” xəbər verir ki, dalğalanmadan sonra bir müddət sonra 47 min dollar səviyyəsinə yüksəlib.

İki aydır yüksəlişdə olan kriptovalyutanın qiyməti dünən 52 min dollar təşkil edib.

“Bitcoin”dəki dalğalanma “altcoin”lərə də təsirsiz ötüşməyib. Dörd min dollar qədər yüksələn “Ethereum” üç min dollar qədər düşüb. Son iki ayda 30 min dollardan 195 min dollar qədər yüksələn “Solana” 130 min dollara qədər geriləyib.

“Bitcoin”in dəyər itirməsinin dayanmasından sonra “Solana” 160 min dollar yüksəlib.