BİRJA

03 Sentyabr

BFB-nin dövriyyəsi yanvar-avqustda 49% artıb - CƏDVƏL

Bakı Fond Birjasında (BFB) 2021-ci ilin yanvar-avqust aylarında ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 690 684 135 manat təşkil edib.

Fins.az-ın BFB-yə istinadən verdiyi məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 49%-lik, ilkin bazar üzrə ticarət həcmində 22%-lik, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 26%-lik, repo əməliyyatları üzrə isə 4,2 dəfə böyümə qeydə alınıb.