Pfizer, xərçəng üçün yeni müalicələr inkişaf etdirmək istəyən Trillium-u satın aldığını elan etdikdən sonra şirkətin səhmləri bazar öncəsi ticarətdə üç qat bahalaşıb.
Fins.az Pfizer, xərçəngə qarşı yenilikçi müalicələr inkişaf etdirmək istəyən Trillium Therapeutics-in hər bir səhmi üçün 18,50 dollara nağd olaraq alacağını açıqlayıb.
Müqaviləyə əsasən, Pfizer hazırda Pfizer -ə məxsus olmayan səhmlərə görə ümumilikdə 2.26 milyard dollar ödəyəcək. Bu o deməkdir ki, Trilliumun 60 günlük qiymət ortalaması 118% artımdır.Sövdələşmə xəbərindən sonra Trilliumun səhmləri 228% bahalaşıb.
Trillium portfelinə xəstələrin immunitet sistemini gücləndirərək xərçəngi aşkarlayan və məhv edən bioloji məhsullar daxildir. Pfizer Onkologiyasının Qlobal Baş Meneceri Andy Schmeltz, "Trilliumun alınması, onkologiyada liderliyimizi gücləndirir və hematoloji portfelimizi genişləndirməkdə əhəmiyyətli bir addımdır" deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva