Baş ofisi ABŞ -da olan onlayn ödəmə sistemi PayPal, İngiltərədəki müştərilərinin bu gündən etibarən 4 növ kriptovalyuta ala biləcəklərini açıqlayıb.
Fins.az xəbər verir ki, PayPal, İngiltərədəki müştərilərə bu gündən etibarən Bitcoin, Ethereum, Bitcoin Cash və Litecoin kriptovalyutalarını etibarlı və məsuliyyətlə almağa, saxlamağa və satmağa icazə veriləcəyini bildirib.
İngiltərənin, PayPal -ın ABŞ xaricində ilk kriptovalyutası xidmətini təqdim etdiyi ölkə olduğu bildirilərək, İngiltərə müştərilərinin bank hesablarından, PayPal və ya debet kartlarından istifadə edərək kriptovalyutaları PayPal -ın veb saytındakı və mobil tətbiqindəki bir kripto nişanı vasitəsi ilə satın ala biləcəyi bildirilir.
400 milyondan çox müştərisi olan PayPal, İngiltərədəki müştəriləri üçün kriptovalyuta xidmətini təqdim etməsi, iri maliyyə şirkətlərinin son aylarda həm institusional, həm də fərdi müştərilərə rəqəmsal aktivlərə giriş təklif etməsindən sonra gəlir.
Kriptovalyutaların qiymətlərinin, kriptovalyutanı dəstəkləmək üçün bəzi iri şirkətlərin son addımları və investisiyaları səbəbindən artması diqqət çəkdi. PayPal -ın açıqlamasından sonra ən yüksək bazar dəyərinə sahib olan Bitcoin -in qiyməti may ayından bəri ilk dəfə olaraq 50 min dolları keçdi.
Müəllif:Aynur Qəniyeva