BİRJA

23 Avqust

Bitcoin 3 aydan sonra geri qayıtdı-REKORD BAHALAŞMA

İyul ayında 30 min dollara düşən Bitcoin, 70 -%ə yaxın yüksəlib və 3 ay sonra yenidən 50 min dollardan baha olub. 
Bitcoin üç aylıq fasilədən sonra yenidən 50 min dollar olsa da  Ethereum və Kardanonun ADA-sındakı artım davam etdi.

Bitcoin -in son bir aydakı yüksəlişi də 100.000 dollarlıq təxmin yenidən ortaya çıxardı. Bloomberg Intelligence-dən Mike McGlone, bu il əldə edilən ən yüksək səviyyəyə çatmaq üçün hələ də yer olduğunu qeyd etsə də, Fundstrat Global Advisors qurucularından Tom Lee, 2021-ci ilin sonuna qədər Bitcoin-də 100.000 dollara qədər bahalaşacağlnı proqnozlaşdırd.Lee, "Bitcoin'in 200 günlük ortaq qiyməti aşarsa, güclü bir bahalaşma müşahidə ediləcəyini düşünürük" deyib.

Bensignor Investment Strategies CEO-suu Rick Bensignor, Bitcoin -in yeni əməliyyat aralığının alt həddinin 40 mindən 50 minə yüksəldiyini bildirib