Bank olmayan kredit təşkilatı “Embafinans” QSC istiqraz yerləşdirmək yolu ilə 4 milyon manat cəlb etməyi planlaşdırır.
Fins.az xəbər verir ki, QSC hər birinin nominal dəyəri 1 min manat olan 4 min ədəd faizli təmin edilməmiş sənədsiz adlı istiqraz buraxıb. İstiqrazlar üzrə illik faiz dərəcəsi 10% müəyyən edilib. Kupon faizləri ildə bir dəfə ödəniləcəkdir.
17 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin ümumi dəyəri 4 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. . 26 avqust 2021-ci il tarixində isə “Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.